Həbsxanada qanunsuzluq

Həbsxanada qanunsuzluq
  25 İyun 2014    Oxunub:927
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Şahin Cəlil oğlu Cabbarova vətəndaş Elvin Umud oğlu Qurbanovun gətirdiyi sovqata baxış keçirilən zaman, yemək olan qazanın qapağının tutacağında gizlədilmiş xalis çəkisi 1,783 qram olan narkotik vasitə heroin və xalis çəkisi 6,769 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti