Elşad İskəndərovdan İŞİD-lə bağlı çağırış

Elşad İskəndərovdan İŞİD-lə bağlı çağırış
  25 İyun 2014    Oxunub:1121
“Terrorçulara qarşı birgə mübarizə aparmaq lazımdır”
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransının Gənclər Forumunun baş katibi Elşad İskəndərov Türkiyədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısında çıxış edib.

AzVision.az-ın məlumatına görə, Elşad İskəndərov çıxışında Xocalı faciəsindən və İŞİD qruplaşmasının İraqda türkmənlərə qarşı törətdiyi qətliamdan söz açıb. O, İƏT-i terrorla mübarizə aparmağa səsləyib.

“Əgər 1992-ci ildə Xocalı soyqırımının qarşısı alınsaydı və ya bunun məsuliyyətini daşıyan şəxlər cəzalandırılsaydı, əminəm ki, Srebrenitsa soyqırımı da olmazdı və bu gün İraq Şam İslam Dövləti (İŞİD) təşkilatı türkmənləri qətlə yetirməzdi”.

Elşad İskəndərov gənclərə müraciət edərək, bildirib ki, terrora qarşı birgə mübarizə aparmaq lazımdır və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlər bununla bağlı ortaq addımlar atmalıdır.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti