“Nurçu” məktəbləri ilə bağlı yeni AÇIQLAMA

Bildirilib ki, Azərbaycanda ilk dəfə olaraq dövlət ümumtəhsil məktəbləri arasında Beynəlxalq Bakalavriat Proqramının (BBP) tətbiq edildiyi 6 nömrəli məktəb-lisey yeni tədris ili üzrə ingilis bölməsinə şagird qəbulu elan edir.
Tədris ingilis dilində olan Beynəlxalq Bakalavriat Proqramı(www.ibo.org) çərçivəsində təhsil bir neçə mərhələyə - PYP-ibtidai, MYP-V-IX siniflər, DP-diplom proqramı X-XI siniflər üzrə bölünür. Ibtidai və diplom proqramı üzrə təhsilin tətbiq olunduğu 6 nömrəli məktəb-liseydə bu ildən etibarən MYP-V-IX siniflər üzrə də qəbul aparılacaq.
Təhsil müəssisəsini bitirən məzunlara BBP diplomu ilə bərabər, Azərbaycanın ümumtəhsil məktəblərinin məzunlarına verilən sənəd – attestat da təqdim olunur. BBP diplomu alan məzunlar dünyanın 130-dan çox ölkəsinin ən nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanırlar.
Təhsil müəssisəsində BBP çərçivəsində xaricdən dəvət olunmuş müəllimlər çalışırlar. Məktəb-lisey MDB ölkələri üzrə BBP Məktəbləri Assosiasiyasının üzvüdür. 6 nömrəli məktəb-liseydə tətbiq olunan kurikulum milli kurikuluma inteqrasiya olunub.
Təhsil müəssisəsinə sənədlərin qəbulu və müsahibə prosesi 27 iyun 2014-cü il tarixindən -15 iyul 2014-cü il tarixinədək həftənin I-V günləri saat 09:00-dan 13:00-dək aparılacaq.
Sevinc İltifatqızı
AzVision.az