Əlillər Səlim Müslümovdan iş istədi

Ümumilikdə, müraciətlər arasında ünvanlı dövlət sosial yardımı və əlilliyin təyinatı ilə bağlı müraciətlər azlıq təşkil edib.
S. Müslümov nazirliyin aidiyyatı struktur bölmələrinin rəhbərlərinə vətəndaşların müraciətlərində qaldırılan məsələlərin qanunvericilik çərçivəsində həll olunması barədə tapşırıq verib.
“Açıq qapı” şəraitində baş tutan qəbul zamanı müraciətləri əsasında 3 nəfər əlilliyi olan şəxsə əlil arabaları təqdim olunub. İşsiz olduqlarını bildirən şəxslərin məşğulluğunun qısa vaxtda təmin edilməsi, lazım gəldikdə həmin şəxslərin peşə hazırlığı kurslarına cəlb edilməsi üçün yerli məşğulluq orqanlarına aidiyyatı tədbirlər görmələri tapşırılıb. S.Müslümov müraciətlərinə uyğun olaraq ayrı-ayrı əlilliyi olan şəxslərin nazirliyin tabeliyindəki Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiyası Mərkəzində peşə kurslarına cəlb olunması və kursları bitirdikdən sonra onların yiyələndikləri peşələr üzrə işlə təmin olunması barədə göstəriş verib.
Qəbul zamanı ayrı-ayrı vətəndaşların müraciətlərinin sorğu xarakteri daşıdığı məlum olub və onlara müvafiq izahat işi aparılıb. Vətəndaşların müraciətlərində səslənən, lakin Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər aidiyyatı qurumlara çatdırılması üçün qeydə alınıb. Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Şəki şəhərinə aparılıb gətirilmələri təmin edilib.
Teqlər: