Zakir Həsənov Fəxri Xiyabanda - FOTOLAR

Zakir Həsənov Fəxri Xiyabanda - FOTOLAR
  25 İyun 2014    Oxunub:1317
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu gün üdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbərliyi və şəxsi heyəti 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.










Teqlər:



Xəbər lenti