Şeyxin işçiləri MTN-də araşdırma aparır

Şeyxin işçiləri MTN-də araşdırma aparır
  25 İyun 2014    Oxunub:944
Qafqaz Müsəlmanlar İdarəsinin tarixi ilə bağlı çoxcildli kitab hazırlanır.
Bunu QMİ-də dindarlarla keçirilən görüşdə qurumun sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, bununla bağlı müxtəlif ölkələrdən Azərbaycana 40 minə yaxın sənəd gətirilib.

Şeyxülislam qeyd edib ki, QMİ əməkdaşları Milli Təhlükəsizlik Nazirliyinin arxivində də araşdırma aparır: “Sovet dövründə və ondan əvvəlki dövrlərdə dindarların “kulak” elan olunması, repressiyaya məruz qalması, dinimizlə bağlı müxtəlif dövrlərdə baş verənlər bu kitablarda əksini tapacaq”.(Apa)


Teqlər:





Xəbər lenti