“Leyla Yunus gülünc vəziyyətə qaldı”

Deputat qeyd edib ki, Azərbaycan ictimaiyyəti Leyla Yunus kimilərinə qarşı mübarizə aparmalıdır.
“Azərbaycanın çörəyini yeyib, suyunu içən bir ölkə vətəndaşı dövlətimizin, millətimizin düşmənlərinə, Azərbaycanın inkişafını görmək istəməyən qüvvələrə xidmət edir. Ona görə də hesab edirəm ki, Azərbaycan ictimaiyyəti Leyla Yunus kimilərinə qarşı mübarizə aparmalıdır. Çünki Dağlıq Qarabağ məsələsi bizim qeyrət, şərəf məsələmizdir. Belə bir ümummilli problemimizi müzakirə etdiyimiz mötəbər tədbirdə Azərbaycanı sevməyən qüvvələrdən maliyyə dəstəyi alaraq ölkəmizə qarşı çirkin kampaniya aparan şəxslə ölkə ictimaiyyəti barışmamalıdır. Onlara qarşı qətiyyətli mövqe göstərməlidir”.
M.İbrahimqızı hesab edir ki, L.Yunus son hərəkətləri ilə özünü gülünc vəziyyətə salıb:
“Leyla Yunus bu hərəkətləri ilə özünü çox gülünc vəziyyətə saldı. Öz şəklini vurduğu lövhələri nümayiş etdirib guya kiminsə diqqətini cəlb etmək istəyirdi. Amma beynəlxalq təşkilatların nümayəndələri ona əhəmiyyət belə vermirdilər. Çox yaxşı oldu ki, həmin nümayəndələr Leyla Yunusu tanıdı. O danışdıqca, hamı sanki cizgi filminə tamaşa edirdi və onun ikrah doğuran hərəkətlərini qınayırdılar”.
AzVision.az
Teqlər: