“Biz hər kəsə vəhabi deyirik” – Dini Komitə

“Biz hər kəsə vəhabi deyirik” – Dini Komitə
  25 İyun 2014    Oxunub:1237
“Biz qarşımıza çıxan hər kəsə sən vəhabisən deyirik. O vəhabi olmasa da biz onu belə adlandırırıq”.
AzVision.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsində keçirilən din xadimlərinin təkmilləşdirmə kurslarının növbəti buraxılış mərasimində çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Qarayev deyib.

Onun sözlərinə görə, hər kəsi vəhabi adlandırmaq olmaz: “Həmin insan vəhabi olmasa da bizim dediklərimiz ona pis təsir edəcək. Nəticədə o, daha da aqressivləşəcək. Vəhabi olmasa da sonradan vəhabi olacaq. Ona görə biz bu məsələlərdə diqqətli olmalıyıq. Bu problemlərin yaranmaması üçün din xadimləri üçün təşkil edilən təkmilləşdirmə kursları çox önəm kəsb edir. Din xadimləri həmin kursda maariflənirlər və bunu getdikləri yerlərdə də təbliğ edirlər”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti