Prezident fəxri adlar verdi - Siyahı

Prezident fəxri adlar verdi - Siyahı
  26 İyun 2014    Oxunub:882
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Silahlı Qüvvələrində tibb xidmətinin yaranmasında, şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında fədakar əməyinə, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində uzunmüddətli səmərəli fəaliyyətinə, Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Xalq artisti”

Qəniyev Heydər Anatollu oğlu – gizir

“Əməkdar incəsənət xadimi”

Kərimov Anar Elman oğlu – polkovnik-leytenant
Axundzadə Rüfət Yusif oğlu – mayor

“Əməkdar artist”

Hacıyev Rafiq Cəlil oğlu – mayor

“Əməkdar həkim”

Həsənov Qurban Qeybqulu oğlu – tibb xidməti polkovniki

“Əməkdar müəllim”

Abbasov Abbas Fətulla oğlu
Bağırova Təyibə İbrahim qızı.


Teqlər:  





Xəbər lenti