Natəvan Seyidzadəyə prezident təqaüdü verildi

  25 İyun 2014    Oxunub : 464
Natəvan Seyidzadəyə prezident təqaüdü verildi
Prezident İlham Əliyev Natəvan Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində xidmətlərinə görə Natəvan Şüa qızı Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Natəvan Seyidzadə (Şeyxova) Azərbaycanın əməkdar artistidir.
AzVision.az

Teqlər: