21 min şagird imtahandan “2” aldı

Belə ki, imtahanda 39 596 şagird iştirak edib ki, onlardan 22431-i IX sinif, 17165 nəfəri isə XI sinif şagirdləridir.
9-cu sinif şagirdlərinin Ana dilindən 6481 nəfər 2 , 9976-ı üç, 4030-u dörd, 1944 nəfər beş alıb, riyaziyyatdan 7572 nəfər iki, 9266 nəfər üç, 3455-i dörd, 2138 nəfəri isə beş alıb.
11-ci sinif üzrə Ana dilindən 3312 nəfər iki, 6397 məfər üç, 3978-I dörd, 3478-I beş alıb. Riyaziyyatdan isə 3729 nəfər iki, 5369-u üç, 4482 nəfər dörd, 3585 nəfər beş alıb.
İmtahanda iki alanların sayı 21 044 nəfər olub.
Qeyd edək ki, TQDK iyunun 24-də Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala rayonlarının, həmçinin Gəncə və Mingəçevir şəhərlərinin orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib
Həmin imtahanların nəticələri iyun ayının 25-də saat 18:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.
Sevinc İltifatqızı
AzVision.az