Yeməkdən “tiryək” çıxdı - FOTO

Yeməkdən “tiryək” çıxdı - FOTO
  26 İyun 2014    Oxunub:1060
11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
AzVision.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Şahin Cəlil oğlu Cabbarova vətəndaş Elvin Umud oğlu Qurbanovun gətirdiyi sovqata baxış keçirilən zaman, yemək olan qazanın qapağının tutacağında gizlədilmiş xalis çəkisi 1,783 qram olan narkotik vasitə “Heroin” və xalis çəkisi 6,769 qram olan narkotik vasitə “Tiryək” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti