“ASAN xidmət”dən unikal aksiya - VİDEO

“ASAN xidmət”dən unikal aksiya - VİDEO
  26 İyun 2014    Oxunub:1040
26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü münasibəti ilə “ASAN xidmət” Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində sosial məsuliyyət yönümlü aksiya keçirib.
Mərkəzdən verilən məlumata görə, aksiya çərçivəsində Səyyar “ASAN xidmət” vasitəsi ilə bir qrup Qarabağ müharibəsi veteranına ödənişsiz əsaslarla yeni ümumvətəndaş pasportları verilib.

Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə “ASAN xidmət” bu günə kimi 100-ə yaxın kənardan qulluğa və yardıma ehtiyacı olan əlil və sağlamlıq imkanları məhdud uşaq, həmçinin cəzaçəkmə müəssisəsində 67 qadın məhkuma səyyar formada xidmətlərin həyata keçirilməsini təmin edib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin şəxsi təşəbbüsü olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsi ən ali məqsədlər sırasına daxil edilib.

“ASAN xidmət” öz ənənəsinə sadiq qalaraq bu tipli sosial məsuliyyət yönümlü aksiyaların təşkil edilməsini mütəmadi qaydada həyata keçirir.



AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti