Mirqədirov Zakir Qaralova müraciət etdi

Mirqədirov Zakir Qaralova müraciət etdi
  26 İyun 2014    Oxunub:940
Həbsdə olan jurnalist Rauf Mirqədirov Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralova və müavininə müraciət edib.
AzVision.az xəbər verir ki, jurnalistin vəkili Elmar Süleymanov Anspress-ə açıqlamasında müraciətin R. Mirqədirovun atasının 40 mərasimində iştirak etməsi ilə bağlı olduğunu söyləyib:

“R. Mirqədirovun atasının 40 mərasimində iştirak etməsi ilə bağlı Zakir Qaralova və müavinə artıq yazılı formada müraciət göndərmişik. Mirqədirovun atasının 40 mərasimi iyulun 3-də olacaq. Yəqin yaxın günlərdə müraciətimizə cavab verəcəklər”.

Xatırladaq ki, jurnalist Rauf Mirqədirov "Dövlətə xəyanət" ittihamı ilə həbs edilib.


Teqlər:



Xəbər lenti