İlham Əliyev hərbi təlimləri izlədi

İlham Əliyev hərbi təlimləri izlədi
  26 İyun 2014    Oxunub:2184
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə iyunun 26-da Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin taktiki döyüş tətbiqini əhatə edən təlimin əsas mərhələsini izləmişdir.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandana raport verdi.

Dövlətimizin başçısı birgə əməliyyat-taktiki təlimində nümayiş etdiriləcək təlim yerlərinin ümumi sxeminə baxdı, hərbi texnika və şəxsi heyətin geyim və ərzaq təchizatı nümunələri ilə tanış oldu.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin döyüş tətbiqi üzrə təlimlərini izlədi.

Təlimlərə ümumilikdə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemləri, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilmişdir.

Təlimdən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış etdi.

Daha sonra Ali Baş Komandan İlham Əliyev hərbi xidmətdə fərqləndiklərinə görə bir qrup hərbçiyə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə orden, medallar və qiymətli hədiyyələr təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.


Teqlər:  





Xəbər lenti