Bakı Funikulyoru açıldı

Bakı Funikulyoru əməkdaşları bildiriblər ki, artıq onlar fasiləsiz işləyəcəklər. İndi Funikulyorun əsas istifadəçiləri xarici turistlərdir.
Qeyd edək ki, Bakı Funikulyoru 1960-cı ildə Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilərək 1960-ci ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı Funikulyorunun qatarları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxımıza gətirilib. Funikulyorun 2 “Bəhram Gur” və “Şəhidlər Xiyabanı” stansiyaları fəaliyyətdədir.
Stansiyalar arası məsafə 455 metrdir. Vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək 4 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edir. Vaqonlararası interval 10 dəqiqədir. Funikulyorda gediş pulsuzdur.
Sonuncu dəfə 23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra bir daha istifadəyə verilən funikulyorun açılışında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştrak ediblər. (anspress)
Teqlər: