Azərbaycanlı deputat Fransadan qayıda bilmir

Azərbaycanlı deputat Fransadan qayıda bilmir
  26 İyun 2014    Oxunub:1259
Hazırda Fransanın Strasburq şəhərində olan azərbaycanlı deputat Bakıya qayıda bilmir.
AzVision.az xəbər verir ki, bu barədə qafqazinfo-ya açıqlamasında Ç.Qənizadə özü məlumat verib.

Ç.Qənizadə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Yay sessiyasında iştirak etmək üçün Strasburqda səfərdədir. Digər azərbaycanlı deputatlar dünən Almaniya Hava Yollarına məxsus təyyarə ilə Bakıya qayıdıb. Ç.Qənizdə isə ölkəyə bu gün Strasburq-Paris-Bakı reysi ilə dönməli imiş. Lakin Fransa Hava Yollarının əməkdaşları tətil etdiyindən təyyarə reysləri təxirə salınıb. Bu səbəbdən də hazırda Strasburqda olan Ç.Qənizadə Bakıya qayıda bilmir.

“Azərbaycan Hava Yolları” deputata “Lufthansa” Almaniya Hava Yolları ilə Baklya dönməyi təklif edib. Lakin deputat ona təklif edilən reyslə uçarsa, ən tezi Bakıya şənbə günü çata bilər.


Teqlər:



Xəbər lenti