İnsan alveri ilə məşğul olan azərbaycanlı qadınlar: 8-i İnterpolda axtarışdadır (SİYAHI)

   İnsan alveri ilə məşğul olan azərbaycanlı qadınlar:    8-i İnterpolda axtarışdadır (SİYAHI)
  28 Fevral 2024    Oxunub:2500
Ötən ilin birinci yarısında Azərbaycanda cinayət törədən 12 320 nəfərdən 624-ü qadın olub. Onlar arasında axtarışda olanların sayı da o qədər də az deyil. Belə qadınlar əsasən insan alveri cinayətlərinə görə axtarışa verilir.
Hazırda isə ölkəmizdə insan alveri cinayətinə görə 13 qadın axtarışdadır. Onlardan 8-i İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib.

AzVision.az son statistik məlumatlara istinadən xəbər verir ki, həmin qadınlardan ən yaşlısının 64, ən cavanının isə 37 yaşı var.  

İnterpol kanalları ilə beynəlxalq axtarışda olan 8 qadın aşağıdakılardır:

Qədirli Zeynəb Böyükağa qızı – 15.12.1978-ci ildə Kürdəmir şəhərində anadan olub, Kürdəmir şəhər sakinidir. Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2016-cı ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmişdir. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.  

Həsənova Sevda Həsən qızı – 30.07.1968-ci ildə Lənkəran şəhərində anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2015-ci ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmişdir. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Hacıyeva Qızqayıt Rafiq qızı – 26.08.1984-cü ildə Abşeron rayonunda anadan olub, Abşeron rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2015-ci ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmişdir. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Quliyeva Validə Tahir qızı – 01.11.1964-cü ildə Gəncə şəhərində anadan olub, Gəncə şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2012-ci ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmişdir. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Məmmədova Şöhrət Savalan qızı – 19.01.1978-ci ildə Goranboy rayonunda anadan olub, Goranboy rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmişdir. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Məmmədova Gülxanım Xudam qızı – 20.06.1964-cü ildə Cəlilabad rayonunda anadan olub, Cəlilabad rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2008-ci ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmişdir. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Orucova Ruhəngiz Şükür qızı – 14.01.1987-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilmişdir. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

İnterpol kanalları ilə yanaşı, inan alveri cinayətinə görə daha 5 nəfər qadın Azərbaycanın sərhədləri daxilində axtarışdadır .

Bunlar Gülnarə Məmmədova, Şəkər Qurbanzadə, Leyla Əliyeva, Lalə Ələkbərova, Azadə İsayevadır .

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti