Davudoğludan ermənilərə məsləhət

Davudoğludan ermənilərə məsləhət
  26 İyun 2014    Oxunub:877
“Ermənistan hökuməti və lobbisi baş nazir Rəcəb Tayyib Ərdoğan kimi cəsarətli addım atarlarsa, o zaman Ankara və İrəvan arasındakı münasibətlər yenidən başlaya bilər”.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Davudoğlu bildirib ki, Ərdoğan qondarma erməni soyqırımı ilə bağlı erməni nəvələrinə baş sağlığı verməklə cəsarətli addım atdı:

“1915-ci il hadisələri haqqında səhv fikirlər formalaşıb. Türklər və ermənilər başa düşməlidirlər ki, o dönəm çox çətin vaxtlar idi. Hər iki xalq o dövrün tarixi ilə bağlı bir-birinin fikirlərinə hörmət etməlidir”,- deyə Davudoğlu bildirib.


Teqlər:





Xəbər lenti