Mədət Quliyev yeni işçiləri ilə görüşüb - FOTO

Mədət Quliyev yeni işçiləri ilə görüşüb - FOTO
  27 İyun 2014    Oxunub:13607
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ərəfəsində 10 nəfər ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətində kiçik rəis heyətində vəzifələrə təyin olunublar.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin 96-cı ildönümü günündə Penitensiar Xidmətin rəisi Mədət Quliyev qulluğa yeni qəbul olunmuş əməkdaşları qəbul edib.

Nazir müavini xidmətə qəbul edilən gəncləri ədliyyə naziri Fikrət Məmmədovun adından təbrik edib, onlara uğurlar arzulayıb.

Ədliyyə orqanlarında qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlar Penitensiar Xidmətin tarix muzeyinə baxış keçiriblər.


Teqlər:



Xəbər lenti