Baş Klinik Hospitalda əsgər ölümü olmayıb - VİDEO

Baş Klinik Hospitalda əsgər ölümü olmayıb - VİDEO
  27 İyun 2014    Oxunub:8770
Silahlı Qüvvələrdə qulluq edən hərbçilərin səhhəti daim diqqət mərkəzindədir. Həm ön cəbhədə yaralanan, həm də müxtəlif xəstəlik tutan hərbçilərin yüksək səviyyədə müalicəsinə imkan verən Baş Klinik Hospital fəaliyyət göstərir.
AzVision.az-ın ANS TV-ə istinadən verdiyi məlumata görə, bu ilin son 6 ayı ərzində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əsgər ölümü faktı qeydə alınmayıb. Ən ağır vəziyyətdə gətirilən və ölüm ayağında olan hərbçilərimiz məhz Hospitalın bel sütunu sayılan, reanimasiya və intensiv terapiya şöbəsində həyata qaytarılıb.

Neyrocərrahiyyə şöbəsinin rəisi Çingiz Əlləzovun sözlərinə görə, kəllə-beyin hissəsini dəlib keçən güllə ilə gələn elə ağır xəstələrimiz olub ki, ön xəttdə göstərilmiş düzgün müalicə nəticəsində Mərkəzi Klinik Hospitala gətirilib və sağalıb. Sağlamlığına qovuşan əsgər, ya orduya qaytarılıb, ya da tərxis olunub.

Ürək-damar bölməsində ağır güllə yarasından damar sistemi ciddi şəkildə zədələnən əsgərlərin əməliyyatı uğurla aparılır. Sonuncu dəfə əsgər Elnur Əhmədov üzərində aparılan əməliyyatdan sonra o, özünü çox yaxşı hiss edir.

Ürək-damar şöbəsinin rəisi Anar Əmrah deyir ki, 17 ayın əsgəri Hospitala xəstəliyilə bağlı müracit etdi: “Öz ayağından damarı çıxardıb boğaz nahiyəsinə əməliyyət etdik, nəticədə əsgər öz sağlamlığına qovuşdu”.

İndi ən mürəkkəb, açıq ürək əməliyyatları bu bölmənin peşəkar həkimləri tərəfindən həyata keçirilir. Bu il 35 hərbçi üzərində açıq ürək əməliyyatı olunub. Bununla yanaşı, son bir ilə yaxındır ki, müalicə üçün xaricə üz tutan hərbi qulluqçulara da rast gəlinmir.

Ümumilikdə isə 6 ay ərzində hərbi qulluqçular arasında xəstəliklərin yayılma səviyyəsi də aşağı düşüb. Mərkəzi Hərbi Həkim Komissiyasının əldə etdiyi son rəqəmlər, travmaların və xəstəliyə görə əsgərlikdən tərxis edilmiş hərbi qulluqçuların sayının azaldığını göstərir.

Mərkəzi hərbi həkim komissiyasının rəisi Elxan İbrahimov söylədi ki, hərbi qulluqçuların xəstələnmə səviyyəsi aşağı yenib: “2014-cü ilin birinci yarım ilində bu qulluqçuların sayı 27 faiz, digər formalarda olan xəstəliklərə görə 39 faiz olub”.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi Tofiq Tağıyev deyir ki, həm əsgərlər, həm də mülki əhali arasında müxtəlif profilli xəstəliklər üzrə 33-35 faizə qədər azalma müşahidə olunur.

1000 çarpayılıq hərbi tibb müəssisəsi Silahlı Qüvvələrin hərbi qulluqçularına, istefaya və ehtiyata buraxılmış zabitlərə, onların ailə üzvlərinə yüksək ixtisaslı tibbi yardım göstərir. 8 müalicə və digər yardımçı korpuslardan ibarət olan hospitalda 6 şöbə, 47 müalicə-diaqnostika bölməsi var. Buradakı cihazlar müalicə və diaqnostika işini dəqiqliklə yerinə yetirməyə imkan verir.

Laboratoriya şöbəsində ən müasir laborator müayinə üsullarını özündə birləşdirən və tibbi tələblərə tam cavab verən dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Burada rentgen, maqnit-rezonans tomoqrafiya, kompyuter tomoqrafiyası, flüoroqrafiya aparatları quraşdırılıb.




Teqlər:  





Xəbər lenti