Ermənilər Tovuz sakinini güllələdi

Ermənilər Tovuz sakinini güllələdi
  27 İyun 2014    Oxunub:806
Düşmən ordusu bu dəfə silahları Hacallı kəndinə tuşlayıb. Sakinlərin bildirdiyinə görə, səhər və axşam fasilələrlə kənd gülləboran edilib.Güclü atışma zamanı Hacallı kənd sakini güllə yarası alıb.
AzVision.az xəbər verir ki, Ermənilərin atəş açması nəticəsində Hacallı kənd sakini 30 yaşlı Elnur Quliyev qolundan güllə yarası alıb. Fiziki qüsurlu olan sakin kəndin düşmən postlarına yaxın ərazisində hündür təpəyə çıxarkan ona atəş açılıb. Yaralı dərhal valideynlərinin köməkliyi ilə Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılib.

Axşam saatlarından isə Əlibəyli və Hacallı kəndlərinin düşmənlə sərhəddə yerləşən otlaq sahələrində yanğınlar törədilib. Ermənistan silahlılarının yandırdığı sahələr saat 01-30 radələrinə qədər alovlanıb.Gecə saatlarında havanın küləkli olması isə yanğının yaşayış məntəqlərinə tərəf yan almasına şərait yaradıb. Bundan başqa düşmənlərin atəşi nəticəsində Əlibəyli kənd sakini Abdulla Ələsgərovun həyətindəki iribuynuzlu heyvan da tələf olub.

Qeyd edək ki, son günlər düşmən ordusu cəbhə xəttində fəallaşıb. Bir neçə gün öncə də Tovuzun Əlibəyli kəndində 3 dinc sakin düşmən gülləsinə tuş gələrək yaralanıb. (Kəpəz tv)


Teqlər:  





Xəbər lenti