Aeroport yolu bağlanır

Aeroport yolu bağlanır
  27 İyun 2014    Oxunub:2141
Bu gün Aeroport şosesinin bir hissəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev trend-ə bildirib ki, Aeroport şosesinin Heydər Əliyev Beynəlxalq Hava Limanından "Buta Palace"-a qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri ilə əlaqədar avtomobillərin hərəkəti bu gün saat 11:00-dan qismən məhdudlaşdırılacaq.

"Buta Palace"-dan Sabunçu Yol Qovşağına qədər olan hissədə isə analoji işlərlə əlaqədar avtomobillərin hərəkəti eyni vaxtdan tam məhdudlaşdırılacaq.

Təmir işlərinin bu gün saat 17:00-18:00-a qədər başa çatdırılması nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti