İqbal Ağazadə təklif verdi - gündəlik dəyişdi

İqbal Ağazadə təklif verdi - gündəlik dəyişdi
  27 İyun 2014    Oxunub:966
Milli Məclisin bugünkü iclasının gündəliyində gözlənilmədən dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, iclasın gündəliyinə 6 məsələ daxil olsa da, deputat İqbal Ağazadənin təklifi ilə gündəlikdəki məsələlərdən biri çıxarılıb.

Bu, Xaçmaz rayonunun Niyazoba kəndinin Niyazabad kəndi adlandırılması haqqında qanun layihəsidir. Belə ki, İqbal Ağazadə kəndin adından türk kökənli “oba” sözünün çıxarılaraq, fars kökənli “abad” sözünün salınmasına etiraz edib.

Spiker Oqtay Əsədovun qərarı ilə məsələ müzakirəyə çıxarılmadan gündəlikdən çıxarılıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti