Əli Həsənov: “Heç bir nəticə verməyəcək”

Əli Həsənov: “Heç bir nəticə verməyəcək”
  27 İyun 2014    Oxunub:1104
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin bir neçə gün əvvəl Strasburqda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında iştirakı və çıxışı bir daha təsdiq etdi ki, Azərbaycanın daxili və xarici siyasətinə təsir etmək, onu idarə etmək cəhdləri səmərəsizdir və heç bir nəticə verməyəcək".
Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "İrəli" İctimai Birliyinin bu gün keçirilən IV hesabat-seçki konfransında çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycan Prezidenti qlobal düşüncə tərzi, dəmir iradəsi və məntiqi, müstəqil və analitik mühakimə qabiliyyəti, prinsipiallığı və qətiyyəti ilə bir daha bu qüvvələrə göstərdi ki, Azərbaycan istənilən təzyiq və təhdid cəhdinə layiqli cavab vermək iqtidarındadır.

PA rəsmisinin sözlərinə görə, bu, Azərbaycan gəncliyi üçün də bir nümunədir: "Azərbaycan gəncliyi öz Prezidenti ətrafında sıx birləşməli, milli təəssübkeşlik, vətənpərvərlik nümunəsi ortaya qoymalı, onu öz təsiri altına salaraq, şəbəkələşdirərək milli dövlətçiliyimizə qarşı yönəltməyə çalışan xarici qüvvələrə və onların buradakı vassallarına dirəniş göstərməyi və layiqli cavab verməyi bacarmalıdır".(Trend)


Teqlər:  





Xəbər lenti