Bakıda insan orqanı “alverçi”ləri saxlanılıb

Bakıda insan orqanı “alverçi”ləri saxlanılıb
  27 İyun 2014    Oxunub:751
Həmin şəxslər əməllərindən səmimi peşimançılıq keçirib, etdikləri hərəkətlərə görə üzr istəyiblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən bildirilib ki, bir müddət əvvəl metronun "Qara Qarayev" stansiyasının çıxışında böyrək satılmasına dair elanlar vurulmuşdu. Bu barədə müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış informasiya cəmiyyət arasında narahatlığa səbəb olmuşdu.

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefon nömrələrini göstərməklə həmin elanları yerləşdirmiş Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü M.İ və 1995-ci il təvəllüdlü E.E saxlanılıblar.

Araşdırma zamanı onlar böyrəklərini satmaq fikrində olmadıqlarını, guya vətəndaşlarla zarafat etdiklərini və cəmiyyətin buna reaksiyasını öyrənmək niyyətində olduqlarını bildiriblər.
Həmin şəxslər əməllərindən səmimi peşimançılıq keçirib, etdikləri hərəkətlərə görə üzr istəyiblər.


Teqlər:  





Xəbər lenti