"Ermənilən vurduğu Elnurun vəziyyəti yaxşıdır"

"Ermənilən vurduğu Elnurun vəziyyəti yaxşıdır"
  27 İyun 2014    Oxunub:1058
Millət vəkili Qənirə Paşayeva Tovuzun sərhədyanı kəndlərinin ermənilər tərəfindən atəşə tutulması zamanı xəsarət alan Hacallı kənd sakini 30 yaşlı Elnur Quliyev səhhətindən danışıb.
AzVision.az-ın məlumatına görə, bu barədə deputat sosial şəbəkədə yazıb.

"Bir az əvvəl təkrar bu gün Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq yaraladığı Tovuzun ön cəbhə kəndlərindən olan Hacallı kənd sakini 30 yaşlı Elnur Quliyevin anası ilə danışdım. Çox şükr ki, Elnurun vəziyyəti getdikcə yaxşılaşır. Bir az əvvəl yaralarının sarğıları dəyişdirilib və həkimlər yaxşı olacağını deyirlər. Dualarınızı Elnurdan, bütün ön cəbhə kəndlərinin sakinlərindən və cəbhəmizi qoruyan əsgər, hərbiçilərimizdən əksik etməyin. Hərbçilərimizlə də danışdım. Ordumuz atəşkəsi pozan düşmənə layiqli cavab verir, amma təssüf ki, məhz mülkü insanları silahlarla hədəfə almaq kimi çirkli xislətdən Ermənistan əl çəkənə oxşamır".

Millət vəkilinin sözlərinə görə, ermənilər mülkü vətəndaşlara, onların təsərrüfatəna zərər vurmaq üçün onlar ön cəbhəyə yaxın ərazilərdə yanğınlar törədirlər:

"Təəssüf ki, beynəlxalq təşkilatların, özəlliklə münaqişənin tənzimlənməsində rol oynamalı olan ATƏT-in Minsk Qrupu həmsədrlərindən heç bir təzyiq olmadığını, sərt reaksiya olmadığını görən ermənilər mülkü vətəndaşlara qarşı vandalizm əməllərindən əl çəkmir və bu hadisə də bir daha bunu sübut edir. Sakinlər beynəlxalq təşkilatlardan artıq bu istiqamətdə sərt münasibət ortaya qoymasını gözləyirlər. İnanmasalar da beynəlxalq təşkilatlara artıq haqsızlığın deyil, ədalətin yanında olun deyə səslənirlər".


Teqlər:  





Xəbər lenti