"Bakı yollarına görə bəzi problemlərlə üzləşir" - Deputat
O qeyd edib ki, 2022-ci ilə nisbətən bu say 28.7% artıb (21 400 ədəd).
“2023-cü ildə isə Azərbaycanda 5200 avtomobil yığılıb. İnsanlar tıxacları, yolların keyfiyyətini, parkinq yerlərinin azlığını, ictimai nəqliyyatın keyfiyyətsizliyini əsas problem hesab edirlər. Onların həlli ilə çoxları yolların genişləndirilməsini, nəqliyyatın hərəkətsizliyini təmin edən magistralların tikintisini və çoxlu sayda parkinq yerlərinin yaradılmasını görür. Çoxları hesab edir ki, problemlərə səbəb də son 15-20 ildə şəhərsalma qaydalarının pozulmasıdır.
Azərbaycan yolların keyfiyyətinə görə dünyada 141 ölkələri arasında 27-ci, post sovet ölkələri arasında isə liderdir. Təkcə 2023-cü ildə ölkədə 881 km yeni avtomoil yolu çekilib. Ümumiyyətlə, son 20 il ərzində ölkədə 21000 km yol yenidən tikiklib və təmir edilib, 500 körpü tikilib. Onun 2000 km Bakının payına düşür. Son 20 ildə görülən nəhəng işlərə rəğmən Bakı da bu gün bu sahədə bəzi problemlərlə üzləşir”, - deyə o əlavə edib.
AzVision.az
Teqlər: