Yalan danışan türkü Tovuzda tutdular

Yalan danışan türkü Tovuzda tutdular
  28 İyun 2014    Oxunub:691
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postuna daxil olmuş Türkiyə vətəndaşı Aydın Ömərin idarə etdiyi avtomobildə sənədlərdə göstərilməmiş televizorlar gətirildiyi barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” terminalında nəqliyyat vasitəsinə baxış keçirilib və avtomobildən 749 ədəd müxtəlif ölçülü “Samsung” markalı LED televizor aşkar edilərək götürülüb.

İlkin istintaq zamanı müəyyən edilib ki, Aydın Ömər bir qrup şəxslə cinayət əlaqəsinə girərək “Sınıq Körpü” gömrük postunda 21220 kiloqram kvarslı qum və trixlorosiyan turşusu gətirməsinə dair doğru olmayan məlumatları əks etdirən sənədlər təqdim edib, əvəzində isə sərhəddən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərib.

Faktla bağlı Aydın Ömərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb və o, şübhəli şəxs qismində saxlanılıb.



Teqlər:  





Xəbər lenti