Mədət Quliyev müşavirə keçirdi - nöqsanlar var

Mədət Quliyev müşavirə keçirdi - nöqsanlar var
  28 İyun 2014    Oxunub:781
Bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində əməliyyat müşavirəsi keçirilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, müşavirə ədliyyə naziri Fikrət Məmmədovun xidmət əməkdaşları qarşısında qoyduğu vəzifələrin icrası ilə əlaqədar penitensiar müəssisələrdə qeydiyyat işinin təşkili və vətəndaşların qəbulu işinin vəziyyətinə həsr olunub.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin sədrliyi ilə keçən müşavirədə tabeli qurumların rəhbərləri, baş idarənin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları iştirak ediblər.

Müşavirədə aidiyyəti xidmət sahələrinin hesabatları və bir sıra qurum rəhbərlərinin çıxışları dinlənilmiş, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib.


Teqlər:





Xəbər lenti