“Bu gün Səhiyyə Nazirliyinin Tibb Yardım İdarəsinin rəhbəri Gülmirzə müəllimlə danışdıq və o bütün tapşırıqları verdi. Şairin evinə təcili tibbi yardım göndərdi. Sağ olsun təcili tibbi yardımın həkimləri. Adil bəyin evindən zəng etdilər, onlarla və xanımı ilə müzakirələr apardıq və şair bu sahədə yaxşı mütəxəssislərin olduğu xəstəxanaya Səhiyyə Nazirliyinin tapşırığı ilə yerləşdi”.
Millət vəkili bildirib ki, Gülmirzə müəllim Adil bəyin sağalması istiqamətində xəstəxanaya bütün tapşırıqları verib:
“Xanımı ilə də bir az əvvəl təkrar danışdıq, artıq müayinə və müalicələr başlayıb. Səhiyyə Nazirliyinə təşəkkürümü bildirirəm. Allahın və həkimlərimizin yardımı ilə inşallah Adil bəyin yaxşılaşması üçün dualarınızı və diqqətinizi əsirgəməyin. Bu günə qədər Adil bəydən diqqət, dəstək və qayğısını əsirgəməyən hər kəsdən Allah razı olsun. Bu gün Adil bəyin bu diqqət, qayğıya hər zamankından daha çox ehtiyacı var. Adil bəyə tezliklə sağalmağı diləyirik”,-deyə Qənirə Paşayeva əlavə edib.

Adil Mirseyidin qızı Ayan Mirseyid isə Facebook səhifəsində hazırda atasının xəstəxanada olduğunu bildirərək, prezidentə öz təşəkkürünü bildirib:
“Minnətdarliğimi bildirirəm öz və ailəm adından Cənab Prezidentimiz İlham Əliyevə, Millət vəkilimiz Qənirə Paşayevaya, Professor Elçin İsgəndərzadəyə, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Katibi Xəyal Rzaya, Səhiyyə Nazirliyinə, Gülmirzə müəllimə, Bakı Sağlamlığ Mərkəzinə dərin təşəkkürlər, Allah razı olsun. Allah bütün dua edən insanlardan və yaxşı dostlardan razı olsun ömrüm boyu bu diqqəti yaxşılığı unutmayacam var olun”
AzVision.az