Sabahdan Orucluq başlayır - TƏQVİM

Sabahdan Orucluq başlayır - TƏQVİM
  28 İyun 2014    Oxunub:2257
Sabahdan müqəddəs Ramazan ayı başlayır. AzVision.az-ın məlumatına görə, bu gün axşam niyyət gecəsidir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvaya görə, miladi təqvimlə sabah - 29 iyun 2014-cü il Ramazan ayın birinci günüdür. İyun ayının 28-i orucluğun niyyət gecəsidir.

Şəvval ayı hilalının görünməsindən aslı olaraq Eydul-Fitr- Ramazan bayramı namazı iyul ayının 28 və ya 29-da qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsindən həmçinin (QMİ) bildirilib ki, oruc və namaz vaxtlarını ayrı-ayrı qurumlar tərəfindən hazırlanan, təfriqə yaradan cədvəllərə deyil, Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanan, elmə əsaslanan, milli-mənəvi birliyə xidmət edən cədvələ müvafiq nizamlamaq tövsiyə olunur. Cədvələ riayət olunmasının təmini qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə edilib.

İmsak vaxtının son həddi sübh namazı vaxtından 20 dəqiqə əvvəldir. Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr: Ağdam 11, Ağdaş 10, Ağsu 5, Ağcabədi 10, Ağstafa 18, Astara 4, Babək 18, Balakən 5, Beyləqan 10, Bərdə 11, Cəlilabad 6, Culfa 18, Daşkəsən 15, Şabran 4, Şirvan 4, Göyçay 8, Gəncə 14, Gədəbəy 16, Goranboy 12, Horadiz 10, Göygöl 14, Xaçmaz 4, İsmayıllı 6, İmişli 7, Kürdəmir 6, Qax 11, Qazax 19, Qazıməmməd 4, Qəbələ 8, Quba 5, Qusar 4, Lənkəran 5, Lerik 7, Masallı 5, Mərəzə 3, Mingəçevir 11, Marneuli (Tiflis) 20, Naxçıvan 18, Neftçala 3, Oğuz 11, Ordubad 16, Saatlı 6, Sabirabad 6, Salyan 4, Siyəzən 3, Sumqayıt 1, Şamaxı 6, Şahbuz 18, Şəki 12, Şəmkir 15, Şərur 18, Tərtər 12, Tovuz 16, Yardımlı 8, Yevlax 11, Ucar 8, Zaqatala 15, Zərdab 9.

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Rаmаzаn ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.



AzVision.az


Teqlər:  





Xəbər lenti