Ermənilər Əlibəylini işıqsız qoydu

Qeyd edək ki, dünən gecə saatlarından başlayaraq Tovuzun Əlibəyli kəndi düşmən atəşinə məruz qaldı. Atışma axşam saat 23-00-dan başlayaraq gecə saatlarına kimi davam edib. Qəfil hücuma keçən düşmən ordusu yandırıcı güllələrlə otlaq sahələri və iri çaplı silahlardan yaşayış evlərini atəşə tutublar. Kəndə taxıl biçməyə gələnlər nə gecə, nə də gündüz sahəyə çıxmağın mümkün olmadığını deyirlər.
Kənd sakinləri ehtimal edirlər ki, atışma nəticəsində erməni tərəfi itki verib.
AzVision.az