Səhnədən Aysel Əlizadəyə evlənmə təklifi

Səhnədən Aysel Əlizadəyə evlənmə təklifi
  28 İyun 2014    Oxunub:3019
İyunun 28-də Bakıdakı Muğam Mərkəzində keçirilən TED x tədbirində maraqlı olay yaşanıb.
Tədbirdə məruzəçi kimi " Yüklənmə" mövzusunda çıxış edən Ümid Partiyasının sədr müavini Ramin Hacılı yekunda hamını şoka salacaq bir addım atıb. O, çıxışının sonunda tanınan yazıçı-jurnalist Aysel Əlizadəyə evlənmək təklifi edib.

Həmin tədbirdə A.Əlizadə zalda olub və videodan da göründüyü kimi xanım yazarın özü üçün də təklifin auditoriya qarşısında səsləndirilməsi gözlənilməz olub.

R.Hacılı Aysel Əlizadə ilə ilk tanışlığı haqda danışıb. O, deyib ki, ötən il prezident seçkiləri günü Aysel Əlizadə ilə tanış olub: "Seçkilər günü biz tanış olduq. Onun əvvəllər evli olduğunu, bir övladının olduğunu bildim. Amma eşitdim ki, hazırda evli deyil. Təbii ki, ümidləndim. Ümidləndim və... Burdan ona evlənmə təklifi edirəm".

R.Hacılının bu təklifi zalda böyük coşğuya səbəb olub və alqışlarla qarşılanıb/musavat/




Teqlər:  





Xəbər lenti