Zakir Həsənovdan xüsusi tapşırıq

Zakir Həsənovdan xüsusi tapşırıq
  29 İyun 2014    Oxunub:861
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov orduya Ermənistan tərəfinin hər atəşinə onqat cavab verilməsi barədə tapşırıq verib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın nüfuzlu “Trend” informasiya agentliyi məlumat yayıb.

Son zamanalar Azərbaycan-Ermənistan cəbhəsində qoşunların təmas xəttində sakitlik daim pozulur. Ermənistan silahlı qüvvələri həm Ermənistan ərazisindən, həm də işğal etdikləri Azərbaycan ərazilərində mövqelərimizi, eləcə də mülki vətəndaşları atəşə tuturlar.
Verilən hər itkiyə Azərbaycan tərəfi düşmənə adekvat tədbirlərin görülməsi ilə cavab verir. Cəbhə xəttinin bir hissəsinin yaşayış məntəqələrimizin yaxınlığında olmasından istifadə edərək son zamanlar düşmən mülki əhalimizi atəşə tutur. Ona görə də belə vəziyyətlərdə bəzən uşaqları, qadınları və qocaları qorumaq mümkün olmur.

Müdafiə naziri Zakir Həsənov bundan sonra ermənilərin dinc sakinlərimizi atəşə tutması halının baş verəcəyi təqdirdə əsgərlərimiz tərəfindən bunun əvəzinin 5-10 qat artıq çıxılması barədə xüsusi tapşırıq verib.

Nazir hansı düşmən mövqeyindən və hansı istiqamətdən kəndlərimizə atəş açılarsa, həmin atəş nöqtəsinin dərhal susdurulması və o istiqamətdə hərəkət edən nə varsa, darmadağın edilməsi göstərişini verib.


Teqlər:





Xəbər lenti