Millət vəkili Qənirə Paşayeva Facebook səhifəsində maraqlı foto paylaşıb.
AzVision.az xəbər verir ki, deputat foto ilə yanaşı boyaçılıq sənəti ilə fikirlərini də qeyd edib: `Sadə və səmimi insanlarla söhbətdən gözəl nə ola bilər.. Bu gözəl xala dedi ki, əl qabiliyyətim pis deyil üzərində işləsəm nə zamansa onun kimi mən də gözəl boyaya bilərəm. Mən də inşallah çalışaram dedim. Ana-bala kimi həm boyadıq bir az yardım etdim həm də həyatdan danışdıq. Toplumun düşüncəsini ən gözəl onlar ifadə edir və sözün həqiqi mənasında onlardan çox şey öyrənirik`.