Fəhlələrin vaqonunda yanğın

Fəhlələrin vaqonunda yanğın
  29 İyun 2014    Oxunub:944
Hacıqabulda yanğın hadisəsi baş verib. AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın rayonun Muğan dəmir yol stansiyasında Dəmir Yol İdarəsinin təmir-tikinti briqadasına məxsus 8 vaqondan ibarət dayanmış qatarda baş verib.

Nəticədə qatarın 1 vaqonunun (fəhlələrin istirahət vaqonu, sahəsi 36 kv.m) yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Qatarın qalan vaqonları yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti