6 ildən sonra evləri olacaq

6 ildən sonra evləri olacaq
  30 İyun 2014    Oxunub:1059
Qusarın Qənərçay kəndində 2008-ci ilin iyulunda baş vermiş torpaq sürüşməsi nəticəsində evləri yararsız hala düşmüş sakinlər üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilən yeni evlərdə tamamlanma işləri aparılır.
Rayon mərkəzindən 62 km məsafədə, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən kənddə 2, 3, 4 və 5 otaqdan ibarət, ümumilikdə 16 ev inşa olunmuşdur.
Hazırda evlərin rənglənməsi və otaqlarda kommunal xətlərin quraşdırılması işləri həyata keçirilir.

Qusar Rayon İcra Hakimiyyətinin Sudur inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hikmət Əsədov 2012-ci ildən başlanılmış tikinti işlərinin cari ilin iyul ayının sonunda başa çatdırılacağını bildirib.
Bundan sonra sakinlər yeni tikilmiş evlərə köçürüləcəklər.
Evləri təbii fəlakətdən ziyan çəkmiş sakinlər üçün 6 sot həyətyanı torpaq sahəsi də ayrılıb.
Torpaq sürüşməsi nəticəsində evlərinə qismən ziyan dəymiş sakinlər isə mənzillərinin təmiri üçün lazım olan tikinti materialları ilə təmin edilib./AzərTAc /


Teqlər:  





Xəbər lenti