Azərbaycanda 6 ballıq zəlzələ oldu - YENİLƏNDİ

Azərbaycanda 6 ballıq zəlzələ oldu - YENİLƏNDİ
  30 İyun 2014    Oxunub:930
AzVision.az-a yerli sakinlərin verdiyi məlumata görə, hazırda əhali küçələrə tökülüşüb. Zəlzələnin sakinlər arasında təşviş yaratdığı bildirilir. Sakinlər gecəni küçədə keçirməyi planlaşdırırlar.
***

Azərbaycanda güclü zəlzələ olub.

AzVision.az xəbər verir ki, AMEA nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ Zaqatala rayonunda baş verib.

Bildirilir ki, saat 22:26:17-də Zaqataladan 14 km cənub qərbdə zəlzələ qeydə alınəb. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 6.0 bala qədər hiss olunub.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti