Putinin vəzifə verdiyi azərbaycanlı - ARAYIŞ

Putinin vəzifə verdiyi azərbaycanlı - ARAYIŞ
  30 İyun 2014    Oxunub:975
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin bir neçə gün öncə Millətlərarası Münasibətlər Şurasının yeni tərkibinin təsdiq edilməsi haqda sərəncam verib.

Prezidentin sərəncamı ilə Söyün Sadıqov Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvlüyündən çıxarılıb. Onun əvəzində Şuraya "Azərros" Federal Milli Mədəni Muxtariyyətinin prezidenti Asif Məhərrəmov və Rusiya baş nazirinin müavini Aleksandr Xloponin daxil olublar. Bundan sonra Putinin səlahiyyətli nümayəndəsi vəzifəsini Asif Məhərrəmov icra edəcək.

Asif Məhərrəmov kimdir?

İnternetdə onunla bağlı dəfələrlə axtarış aparsaq da məhdud məlumatlar əldə edə bildik. "Azərros" prezidenti yalnız müsahibələrindən birində avtobioqrafiyası haqda qısa məlumat verib.

Belə ki, A.Məhərrəmov 17 yaşına kimi Azərbaycanın Goranboy rayonunda yaşayıb. Daha sonra ailəsi ilə birgə Rusiyaya gedib. O, gənclik illərində Rusiyanın Korolyov şəhərində yaşayıb. Orada ilk vaxtlar çilingər işləyib. Daha sonra hərbi hidmətə yollanıb. A.Məhərrəmov hərbi xidmətini başa vurduqdan sonra daxil işlər orqanlarında işə başlayıb.

O, Minskdə yerləşən polis məktəbinə daxil olaraq oranı qırmızı diplomla bitirib. Daha sonra SSRİ DİN Akademiyasında təhsil alıb.

A.Məhərrəmov 1973-cü ildən bəri 30 il ərzində hüquq-mühafizə orqanlarında çalışıb. Xidmət müddətində dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.

O, 2009-cu ildə Korolyov şəhər Administrasiyasında işə başlayıb. Daha sonra təyinat əsasında Mərkəzi Elmi-Araşdırmalar üzrə Maşınqayırma İnstitutunda baş direktorun müvarini vəzifəsinə təyinat alıb.
Sonra isə bir müddət Kərim Kərimovunda işlədiyi bu müəssisədə baş direktorun müşaviri olub.

A.Məhərrəmov 25 yanvar 2013-cü ildə Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti “AzərRos”un prezidenti vəzifəsinə seçilib.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti