Cəlal Əliyevin özəl günü

Cəlal Əliyevin özəl günü
  30 İyun 2014    Oxunub:1340
Bu gün Milli Məclisin qocaman deputatı Cəlal Əliyevin doğum günüdür. AzVision.az-ın məlumatına görə, millət vəkilinin 86 yaşı tamam olub.
Qeyd edək ki, Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib.

Biologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

Hazırda Azərbaycan MEA-nın Rəyasət Heyətinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2010-ci il noyabrın 7-də 62 saylı Saatlı seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputat seçilib. Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

C.Əliyev "İstiqlal" ordeni ilə təltif edilib. 18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyət¬lə¬ri¬nə görə akademik Cəlal Əliyev Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.

Rus və ingilis dillərini bilir.

Evlidir 1 övladı var.

AzVision.az


Teqlər:





Xəbər lenti