Yağışlı hava ilə bağlı açıqlama

Yağışlı hava ilə bağlı açıqlama
  30 İyun 2014    Oxunub:1162
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi Bakıda və Abşeron yarımadasında iyunun 29-da əsən güclü şimal-qərb küləyi iyunun 30-da daha da şiddətlənib. Küləyin maksimal sürəti 28-30 m/s-yə çatıb.

Ayrı-ayrı rayonlarda isə qərb küləyinin sürəti 16-28 m/s təşkil edib. Əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Böyük Qafqazda 9-18, bəzi ərazilərdə 26-45, Kiçik Qafqazda 3-8, Mərkəzi Aran rayonlarında 2-6 mm təşkil edib.


Teqlər:  



Xəbər lenti