DİN 9 nəfəri həbs etdi

DİN 9 nəfəri həbs etdi
  30 İyun 2014    Oxunub:665
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 40 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən ötən günün kriminal xronikasını təqdim edir:

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib;

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 20 nəfər tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti