Türkiyədə polis azərbaycanlı diplomatı döydü

Türkiyədə polis azərbaycanlı diplomatı döydü
  30 İyun 2014    Oxunub:937
Türkiyənin Ankara şəhərində Azərbaycanın Türkiyədəki səfirliyinin diplomatını polislər döyüb.
AzVision.az Milliyyət qəzetinə istinadən xəbər verir ki, Azərbaycan səfirliyinin diplomatı avtomobili yanlış idarə edildiyi üçün polis tərəfindən saxlanılıb. Diplomat polisə öz sənədlərini təqdim edərək bildirib ki, onun toxunulmazlıq hüququ var. Buna baxmayaraq, polis yenidən sənədləri yoxlayıb.

Bu zaman isə diplomat və polis arasında düşüb.

Hadisə yerindən uzaqlaşan azərbaycanlı diplomat dərhal səfirliyə zəng edərək, başına gələnləri danışıb və bildirib ki, polislər tərəfindən döyülün. Səfirlik isə məsələ ilə əlaqədar Türkiyənin Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb və diplomatın döyüldüyü isə şikayətçi olduqlarını bildiriblər. Məsələyə Daxili İŞlər Nazirliyi də qarışıb və olayla bağlı araşdırma aparılıb. Nazirlik əməkdaşları isə azərbaycanlı diplomatdan dəfələrlə üzr istəyiblər.

Bu üzrxahlıqdan sonra diplomat və səfirliyimiz şikayəti geri götürüblər və iki ölkə arasında yararanacaq “diplomatik böhran” ın qarşısı alınıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti