Hava sabah da pis olacaq

Hava sabah da pis olacaq
  30 İyun 2014    Oxunub:1057
Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti iyulun 1-i gündüzədək davam edəcək. Sabahdan etibarən külək mülayimləşəcək, yağışlar tədricən kəsiləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, iyulun 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gün ərzində şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcəyədək isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz yağış tədricən kəsiləcək. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Teqlər:  



Xəbər lenti