Abutalıbovun oğlu həbs edilməyib - Yeni XƏBƏR

Abutalıbovun oğlu həbs edilməyib - Yeni XƏBƏR
  30 İyun 2014    Oxunub:1136
Yerli mətbuatda Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun həbs olunması ilə bağlı məlumat yayılıb.

Axar.az saytında dərc olunan məlumata görə, İsrafil Abutalıbov Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin ötən həftə İçərişəhərdəki Aşurbəy (“Ləzgi məscidi”) məscidində keçirdikləri əməliyyatdan sonra saxlanılıb.

Bakı merinin oğlunun həbs xəbəri barədə AzVision.az yeni məlumat əldə edib.

İsrafil Abutalıbovun yaxın çevrəsindən saytımıza verilən açıqlamada mətbuatın yazdıqlarını tamamilə təkzib edilib.

Adını açıqlamaqdan ehtiyat edən şəxs İ.Abutalıbovla yaxın əlaqədə olduğunu bildirərək bəzi mətləblərə aydınlıq gətirib.

“İsrafil Abutalıbovla bir yerdə namaz qılırıq. Onunla çox gözəl əlaqələrimiz var. Yaxşı qardaşdır. İmkansızlara əl tutur, ehtiyacı olanlara kömək edir. Heç birimiz ondan pislik görməmişik. Onun haqda deyilənlər bizə pis təsir elədir. Vallahi bunlar hamısı yalandır. Onu heç kim tutmayıb. Nə də ifadəsi alınmayıb. Hazırda Bakıdadır. Arada işləri ilə əlaqədar xaricə gedir. Heç bir əməliyyatda tutulmayıb. Bunlar sadəcə ona qarşı aparılan çirkin kampaniyadır. Ona qarşı niyə belə rəftar edirlər ki? Nə pis iş görür ki, Allaha ibadət edir də..”-deyə İ.Abutalıbovun yaxını bildirib.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti