“Səviyyəsiz sözlərlə diplomatımız təhqir edilib” - Açıqlama

“Səviyyəsiz sözlərlə diplomatımız təhqir edilib” - Açıqlama
  30 İyun 2014    Oxunub:824
Azərbaycanın Türkiyədəki səfirliyi Ankarada diplomatımızın döyülməsi ilə bağlı açıqlama yayıb.
AzVision.az milli.Az-a istinadən xəbər verir ki, məlumatda deyilir:

"Bildirmək istərdik ki, Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində, üç ay öncə 2014-cü ilin 29 mart tarixində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin diplomatı, Səfirliyə məxsus diplomatik dövlət nişanlı rəsmi avtomobil vasitəsilə ailə üzvləri ilə birlikdə yolda gedərkən hər hansı bir qayda pozuntusu olmamasına baxmayaraq polislər tərəfindən kobud sürətdə dayandırılıb.

Polislər səviyyəsiz sözlərlə diplomatımızı təhqir etmiş, ona qarşı Diplomatik Əlaqələrə dair Vyana Konvensiyasına tamamilə zidd bir şəkildə davranılmış, polislər tərəfindən güclü fiziki təzyiq tətbiq olunmuşdur. Məsələ ilə bağlı həmin gün TR XİN-ə nota ünvanlanmış, TR DİN-də sözügedən polislər haqqında təhqiqat prosesi başladılması ilə yanaşı, Ankara şəhər Baş Prokurorluğunda da cinayət işi açılmışdır. Hər iki proses də hal-hazırda davam etməkdədir. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi məsələni yaxından izləməkdədir".


Teqlər:  





Xəbər lenti