Azərbaycan Türkiyəyə nota verib

AzVision.az-a bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, türkiyəli polislər diplomatımızı sərt sözlərlə təhqir edib:
“Polislər səviyyəsiz sözlərlə diplomatımızı təhqir edib, ona qarşı Diplomatik Əlaqələrə dair Viyana Konvensiyasına tamamilə zidd bir şəkildə davranılıb, polislər tərəfindən güclü fiziki təzyiq tətbiq olunub.
Məsələ ilə bağlı həmin gün TR XİN-ə nota ünvanlanıb, TR DİN-də sözügedən polislər haqqında təhqiqat prosesi başladılması ilə yanaşı, Ankara şəhər Baş Prokurorluğunda da cinayət işi açılmışdır. Hər iki proses də hal hazırda davam etməkdədir.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi məsələni yaxından izləməkdədir.”
AzVision.az