Nazirlikdən pul açıqlaması
Hazırda müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyası ödənilir. Bundan sonra digər hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların kompensasiyasının ödənilməsi nəzərdə tutulub.
Qanun qüvvəyə mindiyi 2010-cu il 12 iyun tarixindən sonra ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara pul kompensasiyası müvafıq komissiyalar tərəfindən sənədləşmə və protokol işləri başa çatdırıldıqca müəyyən olunmuş qaydada ödəniləcəkdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 28 mart tarixli Qərarına uyğun olaraq 2010-cu il iyunun 12-dək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qəbul edildikdən sonra həmin kateqoriyadan olan hərbi qulluqçulara ra ödənişlərin həyata keçirilməsi nəzərdə tutulub.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


