Reklam Agentliyinin İdarə Heyətinin sədri dəyişdi - DOSYE

   Reklam Agentliyinin İdarə Heyətinin sədri dəyişdi -    DOSYE
  16 Aprel 2024    Oxunub:1265
Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
AzVision.az -ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.



Qeyd edək ki, F.Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb.

O, əmək fəaliyyətinə 2000-ci ildə “Azərsığorta” Dövlət Sığorta Şirkətində başlayıb. O, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə “Kapital Bank” ASC-də departament direktoru vəzifəsində çalışıb.

Daha sonra F.Adığözəlov 2013-2014-cü illərdə maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri və 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini olub.

F.Adıgözəlov Prezident İlham Əliyevin 2021-ci il dekabrın 7-də imzaladığı Sərəncamla Dövlət Sığorta Kommersiya Şirkətinə Sədr təyin edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti